Dünya

Ərdoğanın Balkanlara səfəri vaxtı ona qarşı sui-qəsd cəhdi edilə bilər

19 May 2018 21:20
0 Şərh     Baxış: 2 217
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Balkanlara səfəri zamana ona qarşı sui-qəsd cəhdi edilə bilər.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin kəşfiyyat xidmətlərinə Makedoniyanın paytaxtı Skopyedə yaşayan türklər və Qərbin kəşfiyyat xidmətləri məlumat veirb.

Skopyedə yaşıyan türklər bildirib: "Şaiyələr gəzir ki, prezident Ərdoğanın Balkan yarımadası ölkələrinə səfəri zamanı ona qarşı sui-qəsd cəhdi olacaq".

Qərbin kəşfiyyat xidmətləri öz növbəsində bildirib: "Türk əsilli bir qrup insan Ərdoğana qarşı onun Balkanlara səfəri zamanı sui-qəsd hazırlayır".

Fərqli mənbələrdən oxşar məlumatları əldə edən təhlükəsizlik qüvvələri araşdırmaya başlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.