Dünya

Qroznıda kilsəyə basqın olub, insanları girov götürmək istəyən silahlılar məhv edilib - VİDEO

19 May 2018 21:54
0 Şərh     Baxış: 1 894
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

21:54

Rusiyanın Qrozniy şəhərində silahlılar kilsəyə hücum edib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, hücum nəticəsində 2 polis əməkdaşı və bir dinc sakin həlak olub, 2 polis əməkdaşı isə yaralanıb.

Məlumata əsasən, hücum edən 4 silahlı polis əməkdaşları tərəfindən məhv edilib. Hadisə yerində operativ tədbirlər həyata keçirilir, istintaq briqadası işləyir.

---------

19:20

Qroznıda kilsədə ibadət edən insanları girov götürmək istəyən silahlılar məhv edilib. Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə jurnalistlərə Çeçenistan prezidenti Ramzan Kadırov məlumat verib.

O bildirib ki, həyata keçirilən xüsusi əməliyyat nəticəsində dörd yaraqlı məhv edilib. Qarşıdurmada bir polisin aldığı güllə yarasından öldüyü, birinin isə yaralandığı bildirilir. 

R. Kadırov silahlıların Qərb ölkələrindən birindən təlimat aldığını deyib: "Hazırda zərərsizləşdirilən silahlıların şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür, ərazi hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən əhatəyə alınıb".

Qeyd edək ki, kilsə Qroznı şəhərinin mərkəzində yerləşir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Нападении боевиков на церковь в Грозном

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.