19.05.2018
07:55
Kubada qəzaya uğrayan "Boeing" təyyarəsinin göyərtəsində 110 nəfər olub.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu təyyarəni icarəyə götürən "Global Air" şirkəti bildirib.
"Təyyarə Havana-Olgin (Kuba) reysini yerinə yetirərkən göyərtəsində 104 sərnişin və 6 ekipaj üzvü olub", deyə şirkətin məlumatında bildirilir.
Qeyd edək ki, təyyarə havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Daha öncə üç nəfərin sağ qaldığı bildirilirdi.
---------
00:54
Dəqiqləşdirilmiş məlumata əsasən, Kubada qəzaya uğrayan təyyarənin göyərtəsində 105 nəfər olub.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Kubanın "Granma" qəzeti xəbər verib.
Sərnişinlər arasında əcnəbilərin və 5 uşağın olduğu bildirilir. Qəza nəticəsində sağ qalan üç nəfərdən 1-i xəstəxanada dünyasını dəyişib.
Qəzanın səbəbləri və ölənlərin sayı barədə hələ ki, rəsmi məlumat verilmir.
-----------------
18.05.2018
23:03
Kubanın paytaxtı Havanada qəzaya uğrayan təyyarənin göyərtəsində ekipaj üzvləri daxil olmaqla 113 nəfər olub.
Milli.Az APA-ya istinadən bildirir ki, təyyarə havaya qalxdıqdan sonra Xose Mari hava limanı yaxınlığında yerə çırpılıb.
Yerli "Granma" qəzetinin xəbərinə görə, hadisə nəticəsində 3 nəfər sağ qalıb. Onların xəstəxanaya yerləşdirildiyi, vəziyyətlərinin ağır olduğu bildirilir. Ölənlərin sayı barədə hələ ki, rəsmi məlumat verilmir.
----------
21:30
Kubada Boeing 737 sərnişin təyyarəsi qəzaya uğrayıb.
Milli.Az report.az-a istinadən bildirir ki, "Cubana de Aviacion" şirkətinə məxsus təyyarə səmaya qalxdıqdan sonra yerə düşüb. Hələlik ölənlər və ya xəsarət alanlar barədə məlumat yoxdur. Qeyd edilir ki, təyyarədə təxminən 100 nəfər olub. Hadisə yerinə təcili yardım avtomobilləri və yanğınsöndürmə xidməti cəlb edilib.
Milli.Az