Dünya

Gürcüstanda ABŞ-ın dəstəyi ilə hərbi təlim mərkəzi açıldı

18 May 2018 20:25
0 Şərh     Baxış: 945
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanın Vaziani hərbi bazasında NATO standartlarına uyğun yaradılmış hərbi hazırlıq mərkəzinin açılış mərasimi olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, mərkəzin açılması ilə Gürcüstan və ABŞ arasında 3 illik müdafiə hazırlığı proqramına start verilib. 

Mərkəzin açılış mərasimində çıxış edən Gürcüstanın müdafiə naziri Levan İzoriya bugünkü günü tarixi adlandırıb: "Gürcüstan və ABŞ arasında hərbi sahədə əməkdaşlıq keyfiyyət baxımından yeni mərhələyə keçir. İki ölkə arasında strateji tərəfdaşlıq daha da güclənir. Bu proqram çərçivəsində 9 piyada batalyonunun NATO standartlarına uyğun hazırlığı həyata keçiriləcək. Mərkəzdə hərbçilərin hazırlığında amerikalı təlimçilər iştirak edəcək".

Mərkəzin açılışında NATO-nun Avropadakı qüvvələrinin komandanı, general Kertis Skaparotti də iştirak edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.