Dünya

Ebola buranı cəhənnəmə çevirir - Yeni yoluxma halları var

18 May 2018 13:32
0 Şərh     Baxış: 1 397
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Konqo Demokratik Respublikasında Ebola virusuna 11 təsdiqlənmiş yeni yoluxma halı qeydə alınıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, ölkənin səhiyyə nazirliyi bildirib ki, virusa yoluxan 11 nəfərdən ikisi ölüb.

Ümumilikdə, son məlumatlara əsasən, 45 virusa yoluxma halı qeydə alınıb, onlardan 14-ü təsdiq edilib. Hazırda ölkə Səhiyyə Nazirliyi 25 nəfərin öldüyü barədə məlumat alıb, lakin ölümlərin Ebola virusu ilə əlaqəsi hələki təsdiq edilməyib.

Son 11 təsdiqlənmiş yoluxma halı Mbandake şəhərində qeydə alınıb. Həkimlər xəstələrnən ünsiyyətdə olan 500-dən artıq insanı nəzarət altına alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.