Dünya

Fələstindəki vəziyyətlə bağlı sammitə 40-dan çox ölkənin nümayəndələri qatılacaq

18 May 2018 11:34
1 Şərh     Baxış: 770
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Fələstindəki gərgin vəziyyətə həsr olunacaq sammitində 40-dan çox ölkənin nümayəndələri iştirak edəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, tədbirdə İran, Əfqanıstan, Sudan və Mavritaniya prezidentləri iştirak edəcəklər.

Bundan əvvəl İƏT-dən Trend-ə bildirmişdilər ki, İstanbulda təşkilatın Fələstin məsələsi üzrə təcili yığıncağı keçiriləcək.

Qeyd edək ki, İsrail dövlətinin yaradılmasının 70 illiyi və bu yubiley münasibətilə ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə keçirilməsi ilə əlaqədar olaraq Qəzza sektorunda etiraz aksiyası keçirilir. İsrail əsgərlərinin aksiya iştirakçılarına atəş açması nəticəsində 100 fələstinli ölüb, 2700-ü yaralanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.