Dünya

ABŞ Senatı Cina Haspeli MKİ-nin direktoru vəzifəsində təsdiqləyib

18 May 2018 08:40
Baxış: 706
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Senatı Cina Haspeli Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru vəzifəsində təsdiqləyib.

Milli.Az Trend-ə istinadən bildirir ki, C.Haspelin direktor seçilməsinin leyhinə 100 senatordan 54-ü, 45 senator əleyhinə səs verib, bir senator isə səs verməyib.

Beləliklə, Cina Haspel MKİ-yə rəhbərlik edən ilk qadın olub.

Qeyd edək ki, C.Haspel buna qədər MKİ-nin direktoru Mayk Pompeonun müavini olub. Donald Tramp M.Pompeonu dövlət katibi təyin etdikdən sonra, MKİ-nin direktoru vəzifəsinə C.Haspelin namizədliyini irəli sürüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.