Dünya

ABŞ Cənubi Koreya ilə hərbi təlimləri davam etdirəcək

17 May 2018 22:12
0 Şərh     Baxış: 313

Birləşmiş Ştatlar Cənubi Koreya ilə təlimlərin keçirilməsini davam etdirəcək, onların miqyası və cədvəli hətta ABŞ-KXDR sammiti öncəsi belə dəyişməz qalacaq.

Milli.Az "Report"a istinadən bildirir ki, bunu cümə axşamı jurnalistlərə açıqlamasında Pentaqon nümayəndəsi Dana Uayt deyib.

"Deyə bilərəm ki, təlimlərimizin miqyası dəyişməyəcək...bizim təlimlər hər il keçirilir, onlar çoxdan keçirilir, müdafiə xarakteri daşıyır və davam etdiriləcək. Bu [Cənubi Koreya ilə] alyansın qərarıdır. Bu etdiyimiz bizim və Cənubi Koreya qüvvələrinin hazırlığına əmin olmağımız üçündür", - deyə Uayt bildirib və təlimlərin qrafikinin dəyişməz qalacağını əlavə edib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.