Dünya

“RİA Novosti Ukrayna”nın baş redaktoru həbs edildi

17 May 2018 20:53
0 Şərh     Baxış: 214

Bu gün Ukraynanın Xerson məhkəməsi "RİA Novosti Ukrayna" İnformasiya Agentliyinin baş redaktoru Kiril Vışinski haqqında iyulun 13-dək həbs qətimkan tədbiri seçib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun mətbuat xidməti xəbər yayıb.

Məlumata görə, baş redaktorun vəkili həbs cəzasının digər bir cəza növü ilə əvəzlənməsini istəsə də, hakim onun bu xahişini nəzərə almayıb. Məhkəmədə Vışinski Rusiya və Ukrayna pasportlarını daşıdığını etiraf edib.

Qeyd edək ki, Ukrayna Təhlükəsizlik Xidməti mayın 15-də "RİA Novosti Ukrayna" İnformasiya Agentliyinin Kiyev ofisində axtarış aparmışdı. Kiril Vışinski dövlətə xəyanətdə şübhəli şəxs kimi saxlanılmışdı.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.