Dünya

Skripal ifadə verdi

17 May 2018 18:07
0 Şərh     Baxış: 705

Rusiya kəşfiyyatının keçmiş zabiti Sergey Skripal Britaniyada istintaqa ifadə verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, martın 4-də qızı Yuliya ilə birlikdə Böyük Britaniyanın Slosberi şəhərində zəhərlənərək ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən Rusiya Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin (QRU) sabiq polkovniki Sergey Skripal bu cinayət işini araşdıran müstənqiqlər tərəfindən dindirilib. Onun xarici səfərləri ilə bağlı bütün detallar araşdırılır.

Məlumatda bildirilir ki, S. Skripalın vəziyyəti yaxşılığa doğru gedir və xəstəxanada müalicəsi davam etdirilir.

Qeyd edək ki, Britaniya hökuməti S. Skripal və qızının kimyəvi hücum nəticəsində zəhərləndiyini bildirib. Hadisəyə görə Rusiyanı ittiham edən rəsmi London 23 rusiyalı diplomatı ölkədən çıxarıb. Britaniyaya dəstək olaraq Aİ-nin 16 ölkəsi, ABŞ, Kanada, Norveç, Avstraliya, Moldova, Albaniya, Makedoniya və Ukrayna da eyni addımı atıb. Ümumilikdə 150 rusiyalı diplomat bu ölkələrdən qovulub. Rusiya da buna cavab olaraq analoji addımlar atıb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.