Dünya

Yerevan meriyasının qarşısında aksiya - VİDEO

17 May 2018 17:34
0 Şərh     Baxış: 962
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistan paytaxtı Yerevan meryasının binası qarşısında mer Taron Markaryanın tərəfdarları ilə əleyhdarları aksiya keçirib.

Milli.Az report-a istinadən xəbər verir ki, paytaxtın bir qrup sakini merin və Ağsaqqallar Şurasının buraxılmasını tələb edir.

Taron Markaryanın şəhər adminstrasiyası binası qarşısına toplaşan tərəfdarları isə meri dəstəklədiklərini bildiriblər.

Qeyd edək ki, Ermənistanın baş prokuroru Artur Davtyanın istefasını tələb edən Yerevan sakinləri mayın 17-də şəhərin mərkəzində yerləşən Baş Prokurorluğun binasına girişi bağlayıblar.

Baş nazir Nikol Paşinyan isə ölkə vətəndaşlarına müraciət edərək, mayın 17-i saat 15.00-dan etibarən vətəndaş itaətsizliyini dayandırmağa çağırıb. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Yerevan meriyasının qarşısında aksiya keçirilib

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.