Dünya

Ermənilər baş prokurorun istefasını tələb edirlər

17 May 2018 13:58
0 Şərh     Baxış: 520

Ermənistanın baş prokuroru Artur Davtyanın istefasını tələb edən Yerevan sakinləri bu gün şəhərin mərkəzində yerləşən Baş Prokurorluğun binasına girişi bağlayıblar.

Milli.Az report-a istinadən xəbər verir ki, 10-15 nəfərlik bir qrup qurum işçilərinin binaya daxil olmasına icazə vermir.

A.Davtyanın istefası tələbinin irəli sürülməsinin səbəblərindən biri onun baş nazir Nikol Paşinyanın ölkədə siyasi məhbusların olması ilə bağlı fikri ilə razılaşmamasıdır.

Amma baş nazirin özü bu gün hökumətin iclasında hələlik A.Davtyanın baş prokuror vəzifəsindən istefaya göndərilməsini tələb etməyə ehtiyac görmədiyini söyləyib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.