Dünya

İsrail Ərdoğanın acığına “erməni soyqırımı”nı tanımağa hazırlaşır - FOTO

17 May 2018 13:23
11 Şərh     Baxış: 1 878

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İsraillə Qəzza sektoru arasında son günlər baş verən hadisələrə görə İsrail əleyhinə sərt ritorikasına cavab olaraq Knessetin deputatları "erməni soyqırımı"nı tanımaq barədə qətnamə layihəsini müzakirəyə çıxarıblar.

Milli.Az xəbər verir ki, bu barədə virtualaz.org-a Knessetdəki mənbələr deyiblər.

Qətnamə layihəsinin təşəbbüskarı sionist düşərgədən deputat İtsik Şmulidir.Onun təşəbbüsünə artıq 50 deputat dəstək verib. Hökumətin bir sıra nüfuzlu üzvləri, o cümlədən nəqliyyat və kəşfiyyat naziri İsrael Kats da "soyqırım"ın tanınmasının lehinə çıxış ediblər.

İtsik Şmuli

Amma İsrail siyasi istebleşmentində narahatlıq var ki, bu təşəbbüs Azərbaycanla strateji tərəfdaşlığa zərbə vura bilər. Bu məsələ ilə bağlı Şmuli belə deyib: "Azərbaycanda başa düşməlidirlər ki, bu məsələnin onlara heç bir aidiyyatı yoxdur. Axı Bakı Ərdoğanın İsrailə qarşı başlatdığı siyasi müharibənin miqyasını başa düşür və görür. Onlar bizə başqa seçim qoymayıblar".

İosif Şaqal

İsrail parlamentinin keçmiş deputatı, keçmiş səfir və ictimai-siyasi xadim İosif Şaqal isə "erməni soyqırımı"nın tanınması prosedurana qarşı çıxıb. O, İsrail KİV-lərinə müsahibəsində deyib ki, "soyqırım"ın tanınması Azərbaycanla ikitərəfli münasibətlərə şəksiz zərbə vuracaq. "İ.Şmuli siyasi diletantdır, Azərbaycan üçün olduqca həssas olan bu məsələnin incəliyini başa düşmür. Axı soyqırımın tanınması ilk növbədə Ərdoğanın əlinə oynamaqdır. Ərdoğanın erməni xalqına hər il ünvanlandığı müraciəti diqqətlə oxuyanda bu cür mülahizələrin yanlış olduğunu başa düşəcək. Ərdoğan İsraillə "soyuq müharibə" kursu götürüb. Və soyqırımın tanınması Türkiyə prezidenti üçün "sionist rejimin düşmənçilik səyləri"nə Azərbaycan və Türkiyə cəmiyyətini inandırmaq üçün daha bir yaxşı arqument olacaq", - Şaqal deyib.

Milli.Az

Şərh yaz:

11 Şərh:

  • Anonim
    asi · 17 May 13:2726

    Onlar tanıyarsa, bunlar da tanımaz, inkar edər vəssalam...

    Cavab yaz
  • Anonim
    İRADE · 17 May 13:2892

    izrail size nifretim ele boyukdur ki, soznen ifade ede bilmirem. Allah butun mömin müselmanlara sebr versin. Allah Gitlerede min rehmet elesin.

    Cavab yaz
    • Anonim
      L · 17 May 13:52103

      ,,ABŞ yəhudiləri Azərbaycanı müsəlman öıkələrinə numunə hesab edir ,,məqaləsində urra deyən (lər)niyə bu gun səsini cıxarmır.?Hardadirlar yəhudipərəstlər?.Buyurun !.Yəhudidən musəlmana qardaş olmaz.Dərhal ayriseçkiliyini sallr.

      Cavab yaz
      • Anonim
        N · 18 May 05:3901

        Farsperestler bir behane axtarir israili pislemek ucun.onun bize ne dexli? Turkiyeyle ozleri biler.ona qalsa felestin ermenilere terefdi.iran ermenilere yardim edir

        Cavab yaz
        • Anonim
          N ə · 18 May 14:0800

          Neycun.Turkiyə qardaşımız deyil.?Ay qanı qanımızdan olmayan adsiz.N nikiylə yazma .O vicdanll biri idi

          Cavab yaz
  • Anonim
    bakili · 17 May 13:59101

    hani israil sevarlar ?sosial wabakada bildiklarnide bilmadiklarnida yazirdilar. muselman falastini duwman adlandirib yahudini gardaw cagirirdilar. bes israil ermanini atib bizi tutmuwdu . ne oldu ?

    Cavab yaz
    • Anonim
      N · 18 May 05:4001

      Bunun bizle ne eleqesi? Turkiyeyle oz iwleridi.ona qalsa iranda ermenilere destek cixir

      Cavab yaz
  • Anonim
    Idrak(Astara) · 17 May 14:03101

    Bunu yazmisdim Amerika Qüdsi Israile ele - bele hediye vermez ..! Bu dramatik senarinin bas rol ifaçilari seçilib , indide epizodiq rollarin kastinqi keçirilir .. Amerika bu oyunu sona qeder oynuya bilmez , bu defe avropa öz iqdisadi maraqlarini Amerikadan üstun tutsa , Amerikanin iqdisadi , valyutasi , birjalari ..böyuk itkilerle üzlesecek ..Türkiyeye bu ejdahalarla mübarizede , yalniz böyuk bir asteroid kömek ede biler .. Azerbaycanin haqq günesine , heçbir dövlet qaranliq sala bilmez . Azerbaycan haqqinin ve haqqin yanindadir !

    Cavab yaz
  • Anonim
    Hara · 17 May 14:2446

    Siz bilirsizki felestin azerbaycan erazi bütövlüyünü tanımayan 3-5 ölkeden biridir? Hetda tek güya müselman ölkesidir.

    Cavab yaz
  • Anonim
    Daglı · 17 May 14:4273

    Erməni soyqırımını tanıyanlar və tanımaq istəyənlər qələt edir, başlarını da ermənilərin başına döyür!

    Cavab yaz
  • Anonim
    Genceli · 17 May 14:5351

    yaltaxlar

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.