Dünya

Paşinyan xalqa o biri "üzünü" göstərdi

17 May 2018 14:15
0 Şərh     Baxış: 7 049

Məmurların hamısının və dərhal istefaya göndərilməsi tələbi düzgün deyil.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan deyib.

Son günlər Yerevan merinin və Ermənistan baş prokurorunun istefası tələbi ilə artan etirazları şərh edən N.Paşinyan bunun üçün vaxt lazım olduğunu bildirib:

"Hamının və dərhal istefaya göndərilməsi düzgün olmazdı. Fikrimcə, bu məsələyə mərhələli şəkildə yanaşmaq lazımdır".

Qeyd edək ki, N.Paşinyan mayın 8-də, bir aya yaxın davam edən etiraz aksiyalarından sonra Ermənistanın baş naziri seçilib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.