Dünya

Qüdsdə səfirliyin açılışına adı yazılıb, nümayəndəsi getməyən ölkələr - FOTO

17 May 2018 12:23
2 Şərh     Baxış: 2 999

Qüdsdə ABŞ səfirliyinin açılış mərasimində 32 deyil, 22 ölkənin nümayəndəsinin qatıldığı məlum olub.

Milli.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, mərasimə 32 ölkənin nümayəndəsinin qatılacağı deyilsə də, 22 nümayəndə iştirak edib. Bu barədə məlumatı İsrailin "Haaretz" qəzeti yayıb.

Mərasimə qatılacağı bildirilən, lakin nümayəndəsi qatılmayan ölkələr:

Kot-d`İvuar
Salvador
Panama
Peru
Filipin
Serbiya
Cənubi Sudan
Tailand
Ukrayna
Albaniya
Vyetnam

İsrail dövlətinin yaradılmasının 70 illiyi və bu yubiley münasibətilə ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə keçirilməsi ilə əlaqədar olaraq Qəzza sektorunda etiraz aksiyası keçirilir. Mayın 14-də İsrail əsgərləri aksiya iştirakçılarına atəş açıblar. Qarşıdurma nəticəsində 61 fələstinli ölüb, 2700-ü yaralanıb.

Bəxtiyar Umarlı
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

2 Şərh:

  • Anonim
    s,jmb · 17 May 12:4581

    xeyirli olmasin

    Cavab yaz
  • Anonim
    Oxucu · 17 May 14:1330

    Afərin qatılmayan ölkələrə!

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.