Dünya

Ərdoğan: "BMT fəaliyyətsizdir"

17 May 2018 10:41
0 Şərh     Baxış: 788

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-ni fəaliyyətsizlikdə ittiham edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Türkiyə lideri İsrailə qarşı adekvat addımlar atılmadığına görə beynəlxalq təşkilatı günahlandırıb.

R.T.Ərdoğan, həmçinin ABŞ-ı İsrailə himayədarlıq etməkdə ittiham edib.

Prezident dünya ictimaiyyətini Fələstinə qarşı təzyiqlərə son qoyması üçün İsrailə təzyiqlər etməyə çağırıb.

Xatırladaq ki, Qəzza zolağında vəziyyətin pisləşməsi səbəbindən Türkiyə Xarici İşlər Nazirliyi bir neçə gün öncə İsrail səfirini ölkəni tərk etməyə çağırmışdı. Ötən gün İsrail səfiri Ankaranı tərk edib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.