Dünya

BTQ ilə hərbi yüklər daşınacaq - Türkiyə artıq buna razılıq verdi

16 May 2018 17:07
0 Şərh     Baxış: 560

ABŞ Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən hərbi yüklərin daşınması üçün istifadə etməkdə maraqlıdır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu ABŞ-ın Ceymstaun Fondunun direktoru Qlen Hovard Tbilisidə keçirilən V Cənubi Qafqaz Təhlükəsizlik Forumunda çıxışında deyib.

O bildirib ki, BTQ-nin bu məqsədlə istifadə olunması təklifləri müzakirə olunur və Türkiyə buna ilkin razılıq ifadə edib.

Q.Horvard Azərbaycanın ABŞ üçün əhəmiyyətinə də toxunub: "Rusiya və ABŞ Baş Qərargah rəislərinin Bakıdakı görüşləri göstərir ki, Azərbaycan bu iki ölkə arasında neytral görüş yerinə çevrilib". 

Bölgədə həyata keçirilən iqtisadi layihələrin əhəmiyyətindən danışan Q.Hovard TANAP layihəsinin regiona olduqca böyük təsirinin olacağını qeyd edib.

Milli.Az

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.