Dünya

İsrailin Ankaradakı səfiri Türkiyəni tərk etdi

16 May 2018 12:38
0 Şərh     Baxış: 826
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün İsrailin Ankaradakı səfiri Türkiyəni tərk edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, ötən gün Türkiyə Xarici İşlər Nazirliyinə çağırılan diplomatdan ölkəni tərk etmək tələb olunmuşdu.

Yerli KİV-in yazdığına görə, bu gün İsrailin Ankaradakı baş konsulu da ölkədən çıxacaq. Bir qədər əvvəl isə İsrailin İstanbuldakı baş konsuluna analoji çağırış edilmişdi.

Xatırladaq ki, mayın 15-də Türkiyənin Baş naziri Binəli Yıldırım müsəlman ölkələrini İsraillə münasibətlərinə yenidən baxmağa çağırıb.

Qeyd edək ki, İsrail dövlətinin yaradılmasının 70 illiyi və bu yubiley münasibətilə ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə keçirilməsi ilə əlaqədar olaraq Qəzza sektorunda etiraz aksiyası keçirilir. Mayın 14-də İsrail əsgərləri aksiya iştirakçılarına atəş açıblar. Qarşıdurma nəticəsində 55 fələstinli ölüb, 2700-ü yaralanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.