Dünya

Həmas: İsrailə qarşı etirazlar davam edəcək

15 May 2018 22:34
1 Şərh     Baxış: 866
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qəzza bölgəsinə nəzarət edən Həmas hərəkatının lideri İsmayıl Haniyyə İsrail sərhədində "Böyük qayıdış" yürüşünün davam edəcəyini elan edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

İki aya yaxın davam edən "Böyük qayıdış" kampaniyası çərçivəsində keçirilən etiraz aksiyalarında İsrail hərbçiləri 110 fələstinlini qətlə yetirib, 10 minə yaxın insan güllə yarası alıb və ya gözyaşardıcı qazdan zəhərlənib.

"Böyük qayıdış yürüşü davam edəcək, davam edəcək, yenə də davam edəcək. Bizim verdiyimiz qurbanlar yürüşün davam etməsi üçün bir yanacağa çevrildi", - deyə Haniyyə jurnalistlərə verdiyi açıqlamada bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.