Dünya

ABŞ İrana qarşı sanksiyaları genişləndirdi

15 May 2018 22:21
0 Şərh     Baxış: 678

İranın Mərkəzi Bankının sədri Vəliyulla Seyfin adı ABŞ-ın Tehrana qarşı tətbiq etdiyi sanksiya siyahısına daxil edilib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi bəyanat yayıb.

Seyfin İran İnqilab Keşikçiləri Korpusunu dəstəklədiyinə görə "qara siyahı"ya daxil edildiyi bildirilir.

Bundan başqa sanskiya siyahısına bir İran və bir İraq vətəndaşının adları əlavə olunub.

Livan vətəndaşının adı isə siyahıya ABŞ-ın terrorçu qruplaşma hesab etdiyi İranyönümlü "Hizbullah" hərəkatını dəstəklədiyinə görə daxil edilib.

Milli.Az

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.