Dünya

"İslam dünyası birlik göstərməlidir"

15 May 2018 13:21
10 Şərh     Baxış: 831

Türkiyə Qəzzadakı vəziyyətlə bağlı müsəlman ölkələrini İsraillə əlaqələri yenidən gözdən keçirməyə çağırıb.

Milli.Az Sputniknews-a istinadla xəbər verir ki, Türkiyənin baş naziri Binəli Yıldırım Ədalət və İnkişaf Partiyasının (AK) növbəti iclasında müsəlman ölkələrini İsraillə əlaqələri yenidən gözdən keçirməyə səsləyib:

"Hər kəsi bu qəddarlığa qarşı durmağa dəvət edirəm. İslam ölkələri İsraillə əlaqələrini mütləq gözdən keçirməli, tək səs, tək ürək olmalıdırlar. İslam dünyası birlik göstərməlidir. Türkiyə bu zülmə səssiz qalmayıb, qalmayacaq".

Qeyd edək ki, Qüdsdə ABŞ səfirliyinin açılışına görə İsrail ordusu ilə Qəzzada baş verən qarşıdurmada ölən fələstinlilərin sayı 59-a çatıb, minlərlə yaralı var. Ötən gün Küveyt Qəzza zolağında vəziyyətin kəskin gərginləşməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb. BMT baş katibi İsraili təmkinli olmağa çağırıb. Türkiyədə 3 günlük matəm elan olunub.

Bəxtiyar Umarlı
Milli.Az

loading...

Şərh yaz:

10 Şərh:

  • Anonim
    Muselman · 15 May 13:3794

    Ay Bineli Yildirim,hansi birlikden danisirsan ki, yaxin gunlerde SHie sunni sohbetini sen etmishdin?! Meqale de verilmisdi milli az,da.

    Cavab yaz
  • Anonim
    Ceyhun · 15 May 14:1560

    Ən böyük ehtiyacımız vəhdətdir. Amma imkan versələr...

    Cavab yaz
  • Anonim
    PRiNS · 15 May 14:371110

    İslam ve Quran heqiqet olsaydı, birlik de olardı."Sizin Allah" müselman şerqine haçan firavanlıq gönderib ki? Özünüzü eskik ideyalarla aldatmayın...

    Cavab yaz
    • Anonim
      Ceyhun · 15 May 14:5188

      Allah həm də sənin Allahındır. Səni yaradıb,inanmadigin halda belə sənə ruzi verir. Çünki çox səbirli və mehribandır. Sonradan peşman olacagin sözlər yazma.

      Cavab yaz
    • Anonim
      men · 15 May 15:1140

      O dediyinin sebebleri Islam ve Quran deyil.Cehalete savadsizliga ifrata batmis cemiyyetlerdir.Islam ve Quran bunlarin hec birini teblig etmir.

      Cavab yaz
    • Anonim
      PRiNS · 15 May 15:47410

      "Sizin Allah" Yaxın Şerqe 124.000 "peyğember" gönderib de neyi deyişe bilib ki burada? Merhemetindenmidir eli toxunan bütün torpaqlar min illerdir qan qusur he?

      Cavab yaz
      • Anonim
        men · 15 May 16:1851

        Butun qovmlere peygemberler gonderilib.Tekce Yaxin Serqe yox.Qan tokulmeisne qaldiqda dunyanin muxtelif yerlerinde muxtelif zamanlarda coxlu qanlar tokulub qirginlar toredilib.

        Cavab yaz
        • Anonim
          15.47 · 15 May 16:5854

          Eline kitab al islam tarixini vereqle de.Hevesin yoxsa ,bos bos danisib insanlari casdirma

          Cavab yaz
        • Anonim
          PRiNS · 15 May 19:0743

          O başqa qövmlere "gönderilmiş" hemin "peyğemberlerden" bir neçesinin adını qeyd etsen memnun olaram.

          Cavab yaz
  • Anonim
    Ceyhun · 15 May 20:0934

    Ən çox peyğəmbər yəhudilərə göndərilib,ən islah olunmaz olduqları üçün...

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.