Dünya

Yüzlərlə insan fələstinlilərə dəstək üçün Nyu-York küçələrinə çıxdı - FOTO

15 May 2018 13:49
0 Şərh     Baxış: 1 872

Yüzlərlə aktivist Nyu-York küçələrinə çıxaraq İsraildən Qəzzaya qarşı ədalət tələb ediblər.

Milli.Az Aljazeera-ya istinadla xəbər verir ki, etiraz aksiyasında 300-dən çox insan iştirak edib.

Onlar Nakba (fəlakət) gününün 70 illiyini anıb, fələstinlilərə dəstək olublar.

Qüdsdə ABŞ səfirliyinin açılışına görə İsrail ordusu ilə Qəzzada baş verən qarşıdurmada ölən fələstinlilərin sayı 59-a çatıb, minlərlə yaralı var. Ötən gün Küveyt Qəzza zolağında vəziyyətin kəskin gərginləşməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb. BMT baş katibi İsraili təmkinli olmağa çağırıb. Türkiyədə 3 günlük matəm elan olunub.

Qeyd edək ki, 1948-ci ildə may ayının 14-də İsrailin müstəqilliyini elan etdiyi günün səhərini Fələstinlilər hər il Nakba (fəlakət) günü kimi qeyd edirlər.

Bəxtiyar Umarlı
Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.