Dünya

Ermənistanda yenidən seçkilər keçiriləcək

15 May 2018 09:29
0 Şərh     Baxış: 1 802
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanda növbədənkənar parlament seçkiləri avqustun sonu - sentyabrın əvvəlində keçirilə bilər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə yeni seçilmiş Baş nazir Nikol Paşinyanın "Vətəndaş razılığı" partiyası xəbər yayıb.

Qeyd edək ki, N.Paşinyan hakimiyyətə gəldikdən sonra hakim Respublika partiyası parlamentdə müxalifət mövqeyinə keçib.

N.Paşinyan mayın 8-i parlamentdə keçirilmiş səsvermə nəticəsində Baş nazir seçilib.

Ötən gün N.Paşinyan Socidə keçirilən sammit çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.