Dünya

ABŞ səfirliyi müharibə yanına köçdü: Fələstin qan ağlayır - FOTO - VİDEO

15 May 2018 10:16
7 Şərh     Baxış: 2 517

ABŞ-ın İsraildəki səfirliyi dünən ünvanını rəsmən dəyişdi, Təl-Əvivdən Qüdsə köçdü.

"Xanımlar və cənablar! Sizi ABŞ səfirliyində salamlamağa şadam", - Birləşmiş Ştatların İsraildəki səfiri Devid Fridman təntənəli mərasimdə deyib.

Mərasim dünən yerli vaxtla 16.00-da başlanıb və bu, təsadüf deyildi. 70 il əvvəl, 1948-ci ilin mayın 14-də İsrailin gələcək baş naziri Devid Ben Qurion Müstəqillik Bəyannaməsini oxuyaraq yəhudi dövlətinin yarandığını bütün dünyaya bildirmişdi.

İndiyədək ABŞ-ın Qüdsdəki baş konsulluğu olmuş binanın önündə keçirilən təntənəli mərasimə 800 qonaq qatılmışdı. Onların arasında İsrailin baş naziri Binyamin Netanyahu, ölkə prezidenti Roeuven Rivlin, nazirlər, Knessetin spikeri, hərbi rəhbərlik və dini liderlər vardı. ABŞ-ın nümayəndə heyətinə prezident Donald Trampın qızı İvanka Tramp, onun əri və ABŞ prezidentinin müşaviri Cared Kuşner, ABŞ dövlət katibinin müavini Con Sallivan, konqresmenlər, ABŞ-dakı yəhudi icmasının rəhbərləri daxildi.

Qəzzalı İsrail

Qəzza bölgəsində yaşanan olaylarla bağlı İsrail ordusu, xüsusi xidmət strukturları və polisi yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.

Milli.Az bildirir ki, İsrailin baş naziri Binyamin Netanyahu Twitter-dəki profilində belə yazıb.

Onun sözlərinə görə, müdafiə naziri Aviqdor Liberman və daxili təhlükəsizlik naziri Gilad Erdanla, habelə ordu və xüsusi xidmət orqanlarının rəhbərləri ilə məsləhətləşmələr aparıb.

Fələstinin rəhbəri Mahmud Abbas Qəzzadakı "Böyük Yürüş" zamanı həlak olanların xatirəsinə 3 günlük matəm elan edib

"Qüdsdə ABŞ-ın səfirliyi yox, forporstu açıldı", - Mahmud Abbas Rəmallahdakı iqamətgahında deyib.

BMT-nin Təhlükəsizlik Şurası ABŞ-ın İsraildəki səfirliyinin Qüdsə köçürülməsi və Qəzza bölgəsindəki situasiya ilə bağlı bu gün fövqəladə toplantı keçirəcək.

Ərəb dövlətləri Qəzza ilə İsrailin sərhədində 59 fələstinlinin qətlə yetirilməsi ilə bağlı beynəlxalq təhqiqatın başlanmasını istəyir. ABŞ veto hüququndan istifadə edərək bu təşəbbüsün qarşısını almağa çalışır.

Qəzza ilə İsrailin sərhədində "Qayıdış Yürüşü"nü təşkil etmiş "Fələstin İslami Müqavimət Hərəkatı" (HƏMAS) israilli hərbçilərin dinc insanları güllələdiklərini vurğulayıb.

"Dünya bilsin ki, "Qayıdış Yürüşü"nün zaman məhdudiyyəti yoxdur və Qəzzanın blokadası aradan qaldırılanadək davam edəcək", - HƏMAS-ın açıqlamasında deyilir.

İsrailin Müdafiə Ordusu (SAXAL) bəyan edib ki, HƏMAS nümayişlər və yürüş pərdəsi altında yaxşı hazırlanmış təxribatı gerçəkləşdirərək teraktlar törətmək istəyib.

Qəzza bölgəsinə nəzarət edən HƏMAS-ın məlumatına görə, "Nəkba Günü"ndən (İsrailin yaranma günü, - red.) bəri ötən 70 il ərzində ən möhtəşəm dinc nümayiş olan "Qayıdış Yürüş"ndə 59 fələstinli həlak olub, 2770 nəfər yaralanıb.

Bu gün HƏMAS və Fələstindəki digər təşkilatlar "Nəkba Günü"nə, yəni "Fəlakət Günü"nə həsr olunmuş yeni kütləvi aksiyalar keçirmək niyyətindədir.

Aksiyalarda həlak olmuş fələstinlilər də bu gün dəfn olunacaq.

HƏMAS-ın məlumatlarına görə, həlak olmuş 59 fələstinli arasında 7 uşaq və bir qadın var. Mülki müdafiə xidmətinin feldşeri də həlak olub.

Qəzzanın Səhiyyə Nazirliyinin açıqlamasına görə, təxminən 1350 nəfər güllə yaraları alıb, 14 nəfər rezin güllə ilə yaralanıb. 155 nəfərdə qəlpə yaraları var.

980 nəfər tüstüdən və qazdan zəhərlənib.

Yaralılar arasında 225 yeniyetmə, 70 qadın, 12 jurnalist, 17 feldşer var. 54 yaralının vəziyyəti kritik, 76 nəfərinsə durumu ağırdır.

8 aylıq fələstinli qızın gözyaşardıcı qazdan boğularaq öldüyü deyilir.

Qəzzanın hakimiyyəti Misirə və digər ərəb ölkələrinə, habelə Türkiyə və İrana yaralılar üçün dərmanların göndərilməsi xahişi ilə müraciət edib.

İsrail isə həlak olanların tam əksəriyyətinin Qəzzadakı "İzəddin əl Qəssam dəstələri"nin yaraqlıları, HƏMAS-ın döyüşçüləri olduğunu bəyan edir.

Baş verənlərə reaksiyalar

Livanın baş naziri Səad Həriri fələstinliləri dəstəklədiyini bildirib.

"Hizbullah"ın lideri Seyid Həsən Nəsrallah İsraili dinc insanları soyuqqanlıqla qətlə yetirməkdə suçlayıb.

Venesuela prezidenti Nikolas Maduro İsrailin hərəkətlərini qətiyyətlə pisləyib.

Cənubi Afrika Respublikası dünən İsraildəki səfirini geri çağırıb.

Birləşmiş Ərəb Əmirlikləri Qəzza üçün dərman preparatları alınmasına 5 milyon dollar ayırıb.

Qərbi Avropa ölkələri və Yaponiya dünən İsraillə Fələstini təmkinli davranmağa çağırıb.

ABŞ, Avstraliya və Britaniya İsraili dəstəkləyiblər.

Orxan Hun
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Qəzzada ölənlərin sayı 59-a çatdı

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

7 Şərh:

  • Anonim
    Rauf · 15 May 10:4050

    "ABŞ, Avstraliya və Britaniya İsraili dəstəkləyiblər." Məqalədən olan bu cümlə dünyada nələr baş verdiyini tamamailə özündə əks etdirir. "Cənubi Afrika Respublikası dünən İsraildəki səfirini geri çağırıb." cümləsi isə simvolikdir.

    Cavab yaz
  • Anonim
    Su *** · 15 May 10:4728

    İslam dövlətləri savadlanın,elmlənin.

    Cavab yaz
    • Anonim
      XXXX · 15 May 11:15130

      Imkan verseler savadlanariq. Dunya elm ocaqlarinda da ikili standardlar hokm surur. Teqaudlu universitetlere muselman embarqosu qoyulub. Telebelerin ortalama 0.5% faizi muselman ola biler. Ya da boyuk pullar tokmelisen ki, orda tehsil almaq serefine layiq olasan.

      Cavab yaz
  • Anonim
    mamuska · 15 May 11:1582

    indi dunyani aldatmaq cox cetindir,cunki internet esridir.her sey cekilib dunyaya yayimlanir.Israil deyir ki,olenlerin ekseriyyeti Hemasin doyusculeridir,amma goruntuler eksini deyir.orda numayise cixanlar qadinlar,usaqlar,eliyalin kisilerdir. gulle qabagina das ve raqatka ile cixiblar. goyden ise Israil ordusunun kassetli bomba yagdiran dronlari namaz qilan dinc insanlarin uzerine hucum edir.muselman fobiyasi hemise Domokl qilinci kimi xristiyanlarin basi uzerinden asli olacaq

    Cavab yaz
  • Anonim
    IVRO · 15 May 11:56171

    Qan uzerinde qurulan *dovlet*!!! Allah sonunu getriecek cox kecmeden...

    Cavab yaz
  • Anonim
    Yazdim · 15 May 13:11013

    maraqlidir eli silahli muselmanlar suriyaya girende muselman olkeleri bombalayirdi suriyani amerika rusiya ile birlikde. hani o olkelerin ordulari? hansi iraq? hansi suriya? hansi guya muselman olkesi iran? hansi turkiye? hardadi bu olkeler? gucleri avtomatli piyadalara chatir. qaldirin gorek qiricilarinizi israilin uzerine! deyik gorek sozunuzu ! hamisi amerikanin bir shtatidir!

    Cavab yaz
  • Anonim
    Yazdim · 15 May 13:16013

    buraxsinlar uraxin indi o terrorist dedikleri eli silahlilari israil serhedine. gorun ne edirler Allahin izni ile! israil deye olkenin her terefi dirnagarasi muselman olkeleridir.suriya,lubnan,misir,iordaniya.. atsinda 1 gulle

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.