Dünya

ABŞ İordaniya, İsrail və Türkiyədəki səfirliklərində təhlükəsizlik tədbirlərini gücləndirib

15 May 2018 08:18
0 Şərh     Baxış: 480

ABŞ Qəzza zolağındakı etiraz aksiyaları səbəbindən İordaniya, İsrail və Türkiyədəki səfirliklərində təhlükəsizlik tədbirlərini gücləndirib.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə "NBC News" telekanalı məlumat yayıb.

Telekanal öz hərbi mənbələrinə istinadən xəbər verir ki, hər bir səfirliyə azı 10 dəniz piyadası cəlb edilib. Bundan əlavə, ABŞ hökuməti bölgədəki digər diplomatik nümayəndəliklərdə təhlükəsizliyi gücləndirmək ehtimalını nəzərdən keçirir.

Qərar ABŞ-ın Qüdsdə səfirliyinin açılışı ilə əlaqədar Qəzza zolağında vəziyyətin gərginləşməsindən yaranan təhlükə səbəbindən qəbul olunub.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.