Dünya

Lukaşenko Paşinyana: "Afərin sizə!"

14 May 2018 20:31
2 Şərh     Baxış: 2 938
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanla Belarusun münasibətlərində heç bir problem yoxdur və bundan sonra da olmayacaq.

Oxu.az "BELTA"ya istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko  Soçidə Ali Avrasiya İqtisadi Şurasının sammiti çərçivəsində Ermənistan baş naziri Nikol Paşinyanla keçirdiyi görüşdə bildirib.

Lukaşenko bu görüşü səbirsizliklə gözlədiyini etiraf edib.

"Çətin ki, konseptual olaraq ətrafımızda, dünyada olan bütün problemləri belə qısa zamanda müzakirə edə bilək. Bizim münasibətlərdə hər hansı problemlərin olduğunu və ya olacağını düşünmürəm", - deyə Lukaşenko bildirib.

Lukaşenko Ermənistanın yeni baş nazirinə iki tərəfli münasibətlərin inkişafı və Avrasiya iqtisadi birliyinin fəaliyyəti haqqında təfsilatlı məlumat verməyə hazır olduğunu ifadə edib.

"Belarus haqqında, ölkəmizin qardaş erməni xalqına və sizin dövlətə münasibəti haqqında fikirləri şəxsən mənim dilimdən eşitməyiniz çox vacibdir. Ona görə, bu, çox vacib bir görüşdür. Ümumiyyətlə, afərin sizə.

Siz bu qəliz situasiyadan layiqli və düzgün şəkildə çıxa bildiniz, bunu özünüz də hiss etmisiniz. Sizin bu uğurunuza sevinirik", - deyə Lukaşenko bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.