Dünya

Gürcüstan marixuananı leqallaşdıracaq?

14 May 2018 17:10
0 Şərh     Baxış: 817

Gürcüstanlı milyarder və ölkənin keçmiş baş naziri Bidzina İvanişvilinin oğlu, rep ifaçısı Bera öz mahnısında Gürcüstanda marixuananın leqallaşdırılması ilə bağlı çağırış edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, reperin "Legalize" mahnısı özünün "YouTube" səhifəsində yerləşdirilib.

Bera həmçinin bildirib ki, marixuana digər sintetik narkotik vasitələr kimi zərərli maddə deyil.

Qeyd edək ki, Gürcüstandan marixuananın leqallaşdırılması ilə bağlı müzakirələr bir neçə ildir ki, davam edir. 2016-cı ilin sonlarında bu vasitədən az miqdarda istifadə üçün həbs cəzası ləğv edilmişdi.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.