Dünya

Çin dünyanın ən iri amfibiya təyyarəsinin tədarükünə başlayacaq

14 May 2018 14:23
0 Şərh     Baxış: 1 297
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çin dünyanın ən iri amfibiya təyyarəsinin tədarükünə başlayacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Çinin milli aviasənayesi tərəfindən istehsal olunan AG600 təyyarələrinin tədarükünün 2022-ci ilədək başlanılması planlaşdırılır.

Qeyd olunur ki, bu təyyarənin ilk sınaq uçuşu ötən ilin dekabrında baş tutub. Bu ilin iyulunda isə amfibiya təyyarə su hövzəsindən ilk uçuşunu həyata keçirəcək.

AG600-ün quraşdırılması 2009-cu ildə başlayıb. Təyyarənin ilk modeli 2016-cı ilin iyununda hazır olub. Bu təyyarə meşə yanğınları ilə mübarizə və xilasetmə işləri üçün nəzərdə tutulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.