Dünya

Gürcüstanın daxili işlər naziri Tbilisidə etirazçılarla görüş keçirir - YENİLƏNİB

13 May 2018 22:59
0 Şərh     Baxış: 1 299
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanın daxili işlər naziri Giorgi Qaxariya Tbilisinin mərkəzində aksiyaların davam etdiyi Rustaveli prospektinə gəlib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, nazir cümə günü gecə klublarında keçirilmiş xüsusi əməliyyata etiraz olaraq keçirilən aksiyanın təşkilatçıları olan "Ağ səs-küy" hərəkatının üzvləri ilə görüş keçirir.

Görüş Gürcüstan parlamentinin binasında keçirilir.

22:21

Tbilisinin mərkəzində aksiyaların davam etdiyi parlament binasının qarşısında vəziyyət gərgin olaraq qalır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, etiraz aksiyasına cavab olaraq keçirilən aksiya iştirakçıları parlament qarşısına keçməyə çalışırlar. Rustaveli prospektinə su şırnağı texnikası daxil edilib.

Hadisə yerinə xüsusi təyinatlılar da cəlb olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.