Dünya

Giorgi Kvirikaşvili: “Ölkədə qarşıdurmaya yol verilməyəcək” - YENİLƏNİB

13 May 2018 21:51
0 Şərh     Baxış: 1 702
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

21:51

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili son günlər ölkədə baş verən hadisələrə münasibət bildirib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, G.Kvirikaşvili keçirdiyi xüsusi brifinqdə deyib ki, hər kəs fikrini ifadə etmək hüququna malikdir, lakin qarşıdurmaya və cəmiyyəti parçalamağa qətiyyən yol verilməməlidir.

Baş nazir hüquq-mühafizə orqanlarının əməkdaşlarını vətəndaşların təhlükəsizliyini maksimum təmin etməyə və mümkün qarşıdurmanın qarşısını almağa çağırıb.

20:41

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili son günlər ölkədə baş verən proseslərlə bağlı xüsusi brifinq keçirəcək.

Milli.Az APA-ya istinadən xəbər verir ki, brifinq bu gün saat 21:00-a təyin olunub.

Tbilisidə parlamentin qarşısında isə "Ağ səs-küy" hərəkatının etiraz aksiyası ilə paralel olaraq cavab aksiyası keçirilir.

Polis mümkün qarşıdurmanın qarşısını almaq məqsədilə kordon qurub. Parlament binası qarşısında nəqliyyatın hərəkəti dayandırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.