Dünya

Tbilisidə aksiyaya qarşı aksiya - YENİLƏNİB - FOTO

13 May 2018 20:05
1 Şərh     Baxış: 1 952
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

20:05

Tbilisidə keçirilən etiraz aksiyasına qarşı Milli Sosialistlər Hərəkatının təşkil etdiyi cavab aksiyası davam edir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hərəkat üzvlərinin bir qrupu polis cərgəsini  yararaq parlamentin binası istiqamətində hərəkət etməyə başlayıb.

Polis bir neçə hərəkat üzvünü saxlayıb.

Hərəkat fəalları parlamentin binası qarşısında keçirilən etiraz aksiyasının dayandırılmasını tələb edirlər.

Parlamentin binası qarşısında isə gərginlik yaşanıb. Etiraz aksiyasının əleyhinə olan ictimai fəal Giorgi Qabedava  9 aprel qurbanlarının xatirəsini yad etmək istəsə də, polis onun memorial abidəyə yaxınlaşmasına icazə verməyib. G.Qabedava polisə tabe olmadığına görə saxlanılıb.

17.28

Tbilisidə parlamentin qarşısında davam edən etiraz aksiyasına cavab olaraq aksiya başlayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Milli Sosialistlər Hərəkatının üzvləri "Dinamo" stadionundan yürüş edərək parlament yaxınlığında toplaşıb və parlament qarşısındakı aksiya əleyhinə şüarlar səsləndiriblər.

Hərəkat lideri Giorgi Çelidze onların gərginlik yaratmaqda maraqlı olmadıqlarını bildirib. Aksiya keçirilən əraziyə əlavə polis qüvvəsi cəlb olunub. Polis hərəkat fəallarının parlamentin qarşısına doğru irəliləməsinin qarşısını alıb.

Parlamentin qarşısında gecə klublarında keçirilmiş xüsusi əməliyyata etiraz olaraq saat 15:00-da bərpa olunan aksiya davam edir.

12.37

Tbilisidə Gürcüstanın hökumət administrasiyasının binası qarşısında "Narkotiklərə yox!" şüarı altında aksiya keçirilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, aksiya Tbilisidə narkotik alverçilərinin saxlanılması ilə bağlı keçirilən etiraz aksiyalarına qarşı təşkil olunub.

Aksiyada 20-yə yaxın şəxs iştirak edib. Aksiya iştirakçıları ölkədə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizəni dəstəklədiklərini bildiriblər. Onlar narkotik alverçilərinin müəyyən olunaraq cəzalandırılmasını tələb ediblər.

Qeyd edək ki, mayın 12-də gecə Tbilisidəki "Basiani" və "Gallery" gecə klublarında keçirilmiş xüsusi əməliyyat zamanı 8 narkotik alverçisi saxlanılıb. Buna etiraz olaraq dünən saat 15:00-dan başlayaraq Tbilisidə parlament binası qarşısında bu gün səhər saatlarına qədər aksiya keçirilib.

Etiraz aksiyasının bu gün saat 15:00-da Tbilisidə başqa yerdə yenidən bərpa olunacağı gözlənilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.