Dünya

"İran nüvə sazişi hesabına müdafiə büdcəsini artırıb"

13 May 2018 09:38
0 Şərh     Baxış: 1 256
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranla bağlanmış nüvə sazişi Tehrana müdafiə büdcəsini 40 faiz artırmağa imkan yaradıb.

APA-nın "Gazeta.ru"ya istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ prezidenti Donald Tramp "Tvitter" hesabında yazıb.  

"Obama nüvə sazişi üzrə sövdələşməyə nail olduqdan sonra İranın müdafiə büdcəsi 40 faizdən çox artıb... Bu sadəcə həmin razılaşmanın böyük bir yalan olmasının növbəti təsdiqidir. Lakin indi belə deyil!", - deyə Tramp qeyd edib.    

Bundan əvvəl Tramp İranla yeni "daha yaxşı sövdələşmə"yə nail olmaq arzusunda olduğunu bildirib.

O, həmçinin ABŞ-ın İrana nüvə silahına malik olmağa yol verməyəcəyini bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.