Dünya

Tbilisidə keçirilən etiraz aksiyası səhərə qədər davam edəcək - YENİLƏNİB - FOTO

12 May 2018 23:31
0 Şərh     Baxış: 2 562
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

23:31

Tbilisidə davam edən etiraz aksiyasına ölkənin bölgələrindən də dəstək verilir.

Milli.Az "Report"a istinadən bildirir ki, aksiyaya dəstək məqsədilə Kutaisidən paytaxta 80 nəfər gəlib.

Aksiyaya habelə Qori, Zestafoni, Kaspi və digər iri rayonların sakinləri də qoşulublar. Aksiyaçılar baş nazir Georqi Kvirikaşvilini polisin gecə klubunda keçirdiyi xüsusi əməliyyatla bağlı mövqeyini açıqlamağı tələb etsələr də, buna görə ona saat 22:00-dək vaxt versələr də, baş nazir ultimatuma hər hansı reaksiya verməyib.

Hazırda Gürcüstan paytaxtında yağıntılı havanın olmasına baxmayaraq, etirazçılar aksiyanı davam etdirəcəklərini bildiriblər.

Etirazçılara yağış keçirməyən xususi plaş paltarlar paylanılıb. Yağışlı hava şəraitinəı baxmayaraq, aksiya səhərə qədər davam edəcək.

Qeyd edək ki, aksiyaya səbəb Gürcüstan polisinin dünən gecə paytaxtdakı "Qalleri" və "Bassiani" gecə klublarında narkotiklərə qarşı əməliyyat keçirməsidir. Əməliyyat zamanı bir neçə nəfərdən narkotik maddə götürülüb, faktla bağlı 8 nəfər saxlanılıb.

21:49

Tbilisidə etiraz aksiyasının keçirildiyi parlament binasının qarşısına əlavə polis qüvvələri cəlb edilib.

Milli.Az "Report"a istinadən bildirir ki, xüsusi təyinatlılar bir sıra küçələrə nəzarəti gücləndiriblər.

"Pirveli" radiosunun məlumatına görə, xüsusi təyinatlılar Rustavelli prospektinə, o cümlədən Kaşveti kilsəsinə aparan küçələrdə yerləşdiriliblər.

"Azadlığımız uğrunda küçəyə çıx" adlı aksiya ilk olaraq "Ağ səs" ictimai hərəkatı tərəfindən təşkil olunub. Etiraz aksiyası yerli vaxtla saat 15:00-da başlayıb. Əvvəlcə polis əməkdaşları aksiyanın keçirildiyi ərazini mühasirəyə alıblar. Əraziyə həmçinin xüsusi təyinatlı dəstələr də cəlb edilib.

Hərəkatın lideri Beka Çikiraşvili Daxili İşlər Nazirliyinin nümayəndələri ilə danışıqlar apararaq, onlardan yolu açmağı, güc strukturlarının əməkdaşlarının geri çağırılmasını xahiş edib. "Burada bizə bizi dünən qovan xüsusi təyinatlılar lazılm deyil", - deyə o bildirib.

Aksiyaçılar ölkənin baş nazirinin istefasını tələb edirlər. 

Qeyd edək ki, aksiya iştirakçıları paytaxt Tbilisinin gecə klublarında keçirilmiş xüsusi əməliyyata etiraz edirlər. 

21:47

Tbilisidə parlament binası qarşısında davam edən aksiyanın təşkilatçıları baş nazir Giorgi Kvirikaşvilini gecə klublarında keçirilmiş xüsusi əməliyyatla bağlı mövqeyini açıqlamağa çağırıblar.

Milli.Az APA-ya istinadən xəbər verir ki, təşkilatçılar baş nazirə bəyanatla çıxış etməsi üçün saat 22:00-a qədər vaxt veriblər. Əks halda aksiya gecə saatlarında da davam etdiriləcək və çadırlar qurulacaq.

Polis aksiya təşkilatçılarına çadırların qurulmasına icazə verilməyəcəyi ilə bağlı xəbərdarlıq edib.

Tbilisi meri Kaxa Kaladze baş verənlərlə bağlı xüsusi bəyanatla çıxış edəcək.

20:33

Tbilisinin mərkəzində etiraz aksiyasının iştirakçıları Gürcüstanın baş naziri Qeorqi Kvirkiaşvili və daxili işlər naziri Qeorqi Qaxariyanın istefasını tələb edir.

Milli.Az oxu.az-a istinadən bildirir ki, təşkilatçılardan biri deyib:

"Baş nazir və daxili işlər naziri istefaya getməyənə qədər əl çəkməyəcəyik. Düşünün! Bu gündən etibarən öz hüquqlarımızı müdafiə edəcəyik. İnanırıq ki, nə festival, nə də sakit aksiyalar əyləncə üçün keçirilmir. Biz narkoman deyilik".

İştirakçılar həmçinin bu günü  "qara cümə" adlandırmağı da tələb edir.

Gürcü polisinin keçirdiyi xüsusi əməliyyat zamanı 70 nəfər saxlanılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.