Dünya

Tiflis yenə qaynayır - Gənclər yenə küçələrə axışdı - VİDEO - FOTO - YENİLƏNİB

12 May 2018 11:14
0 Şərh     Baxış: 6 510
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

11:14

Gürcüstan DİN-nin Tiflisdəki "Bassiani" və "Galeri" gexə klublarında xüsusi əməliyyat keçirməsinin səbəbləri açqılanıb.

Milli.Az Gürcüstan DİN-nin saytına istinadən bildirir ki, gecə klublarındakı əməliyyat zamanı narkoticarətdə suçlanan 8 nəfər tutulub.

"Daxili İşlər Nazirliyi üç aydan bəri Tiflisdəki "Bassiani" və "Galeri" klublarında narkotik maddələrin satışı ilə bağlı situasiyanı operativ izləyir, operativ-axtarış və istintaq tədbirləri keçirirdi. Həmin klublarda mayın 12-də məhkəmənin qərarı əsasında müvafiq istintaq tədbirləri keçirilib. Narkotik maddələr satışı ilə məşğul olan 8 nəfər saxlanılıb", - Gürcüstan DİN-nin açıqlamasında deyilir.

Axtarışların və həbslərin səbəbi həmin klublarda "klub narkotiki" kimi tanınan mefedronun satılmasıdır. Mefedron satışları Tiflisdə 5 gəncin ölümünə səbəb olub. Son ayda 8 gənc isə bu narkotikdən zəhərlənərək xəstəxanalara düşüb.

-----------

10:50

Tiflisdə yüzlərlə gənc Gürcüstan parlamentinin binası qarşı səhər saatlarına qədər mitinq keçirib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, etiraza səbəb paytaxtın gecə klublarında aparılan genişmiqyaslı əməliyyatlar olub. Aksiyaların keçirildiyi ərazi polis tərəfindən mühasirəyə alınıb. Bura başqa istiqamətlərdən gənclərin gəlməsinə izn verilməyib.

Etiraz aksiyası zamanı polis tərəfindən bir neçə gənc saxlanıb. Saxlanılanlar arasında Yeni Siyasi Mərkəz - Qirçi Pariyasının rəhbəri Zurab Caparidze də olub. O, aksiyalarda 35 nəfərin saxlanıldığını və onların arasında ABŞ və Britaniya vətəndaşlarının da olduğunu deyib.

Feysbuk sosial şəbəkəsində isə polisin təşkil etdiyi əməliyyatları dəstəkləyən və dəstəkləməyənlər olub. Əməliyyatlara qarşı xüsusilə gənc nəsil çıxıb.

Qeyd edək ki, bu gecə gürcü polisi və xüsusi təyinatlıları Tiflisdəki gecə klublarında xüsusi əməliyyat keçirib. Əməliyyat "Bassiani" və "Qaleri" gecə klublarından başlayıb. Əməliyyat zamanı xüsusi təyinatlılar narkotacirləri həbs edərək, kluba gələnlərin oranı tərk etməsini tələb ediblər. Əməliyyat zamanı 8 narkotacir yaxalanıb. Əməliyyata mane olan onlarla gənc isə saxlanılıb.

Əməliyyata səbəb bir həftə ərzində 5 gəncin naməlum narkotikdən dünyasını dəyişməsi və son bir ayda ən azı 8 gəncin zəhərlənmə diaqnozu ilə xəstəxanalara yerləşdirilməsi göstərilir.

Polisin keçirdiyi əməliyyatlara qarşı keçirilən etiraz aksiyası zamanı həmçinin "Bassiani" klubunun sahibi Zviad Qelbaxiani də saxlanılıb.

Tiflisdə gənclərin aksiyasına fasilə verilib. Onlar yerli vaxtla saat 15:00-a "Biz bir yerdə oynayarıq, bir yerdə vuruşarıq" şüarı ilə növbəti aksiya təyin ediblər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
В Тбилиси прошли обыски и начались беспорядки

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.