Dünya

Təyyarə möcüzə sayəsində qəzadan yayındı - VİDEO

4 May 2018 09:58
0 Şərh     Baxış: 1 964
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Air Canada" aviaşirkətinə məxsus sərnişin təyyarəsinin pilotu eniş zamanı öz səhvini düzəldərək son anda bir neçə təyyarə ilə toqquşmadan yayınıb və bəlkə də, min nəfərin ölümü ilə nəticələnə biləcək qəzanın qarşısını alıb.

Milli.Az report-a istinadən xəbər verir ki, Torontodan San-Fransiskoya uçan təyyarə az qala hava limanında uçuş vaxtını gözləyən dörd laynerin üzərinə eniş edəcəkmiş. Pilot eniş icazəsi aldıqda, təsadüfən təyyarəni enmə zolağı yanında olan yola aparıb. Bu zaman öz səhvini başa düşən təyyarəçi hava gəmisini yerdə gözləyən təyyarələrin 1,5 metr hündürlüyündən uçurub. Hadisə ötən ilin yayında baş versə də, video indi yayımlanıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.