Dünya

ABŞ Ukraynaya tank əleyhinə raket kompleksləri göndərib

30 Aprel 2018 18:50
0 Şərh     Baxış: 1 250
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Ukraynaya "Javelin" tank əleyhinə raket kompleksləri göndərib.

Milli.Az APA-a istinadən bildirir ki, bu barədə "Azadlıq" radiosu ABŞ Dövlət Departamentinə istinadən məlumat verib.  "Silahlar artıq göndərilib", - deyə Dövlət Departamentinin rəsmi şəxslərindən biri söyləyib. Detallar hələlik məlum deyil.

Qeyd edək ki, 2017-ci ilin sonunda ABŞ hökuməti Ukraynaya letal (öldürücü) silahlar, o cümlədən "Javelin" tank əleyhinə raket kompleksinin verilməsi barədə qərar qəbul edib. 2018-ci il martın 2-də Dövlət Departamenti Ukraynaya 47 milyon dollar dəyərində 210 ədəd "Javelin" raketi və onlar üçün 47 buraxıcı qurğunun göndərilməsini bəyənib.

Xatırladaq ki, Barak Obama dövründə ABŞ Ukraynaya yalnız qeyri-letal hərbi sistemlər verirdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.