Dünya

Müxalifət liderindən Moskvanın adamına ÇAĞIRIŞ: Gəl, jurnalistlərin qarşısında…

26 Aprel 2018 23:46
0 Şərh     Baxış: 5 849
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanda etiraz hərəkatının lideri Nikol Paşinyan ölkənin baş nazirinin səlahiyyətlərinin müvəqqəti icraçısı Karen Karapetyanı danışıqlara dəvət edib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Paşinyan bu haqda Respublika meydanında keçirilən mitinqdə bildirib.

"Respublika Partiyası qərara gəldi ki, Karapetyana danışıqlar üşün səlahiyyət verməlidir. Biz əvvəlki kimi, bizim çağırışlarımız çərçivəsində danışıq prosesini davam etməyə hazır olduğumuzu ifadə edirik. Mən sabah Karapetyanı başlanğıc olaraq saat 12.00-da danışıqlar prosesinə dəvət edirəm", - Paşinyan deyib.

O vurğulayıb ki, danışıqlar jurnalistlər iştirakı ilə keçirilməlidir.

"Biz hakimiyyətlə bağlı qapılar arxasında danışıqlar aparmayacağıq", - müxalifət lideri qeyd edib.

Qeyd edək ki, Karapetyan Moskvanın adamı kimi tanınır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.