Dünya

Yıldırımdan Gülə sərt sözlər: Uğursuz idi

26 Aprel 2018 22:04
1 Şərh     Baxış: 1 223
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Baş nazir Binəli Yıldırım Abdullah Gülün prezidentliyə namizədliyi ilə bağlı açıqlama verib.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, o, "bir mühəndislik layihəsi idi, alınmadı, əldə qaldı, uğursuz oldu" deyə bildirib.

Baş nazir qələbə şanslarından danışıb: "Hamı seçkidə iştirak etmək, "mən namizədəm" demək üçün həvəslənir. Bu həvəs olduğu zaman siyasi hərəkətlilik olur. Bizim namizədimiz prezident Rəcəb Tayyib Ərdoğandır. Başqalarının nə edəcəyi bizi maraqlandırmır. Müxalifət ortaq namizəd verməyəcək kimi görünür. Müxalifətdə çox səs var, bizdə isə tək səs".

Binəli Yıldırım Abdullah Gülü də tənqid etməyi unutmayıb: "Uğursuz olmuş bir namizədi bir daha təkrar etmək nə dərəcədə doğrudur. Bağçalının Gül ilə bağlı tvitlərindəki qardaşlıq hara yox oldu? Hər şey millətin gözü önündə baş verir. Niyə vəzifədə olduğunuz zaman gördüklərinizi demədiniz? Etibar çətin qazanılır, asanlıqla itirilməməlidir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.