Dünya

Türkiyənin keçmiş baş naziri deputatlığa namizəd olmayacağını açıqladı

26 Aprel 2018 15:46
0 Şərh     Baxış: 1 146
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Ədalət və İnkişaf Partiyasından (AKP) kənarda siyasi fəaliyyətim olmayacaq, qarşıdan gələn seçkidə isə millət vəkilliyinə namizədliyimi irəli sürməyəcəyəm".

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu aprelin 26-da keçirdiyi mətbuat konfransında bildirib.

O, Türkiyənin 11-ci prezidenti Abdullah Güllə görüşdən sui-istifadəyə imkan verməyəcəyini də vurğulayıb.

"Gələcək siyasi fəaliyyətimlə bağlı iki məsələyə diqqəti çəkmək istəyirəm: birincisi, qarşıdan gələn seçkilərdə millət vəkilliyinə namizəd olmayacağam, ikincisi, heç bir vəzifə gözləmirəm və tələb etmirəm. Bizim namizədimiz Rəcəb Tayyib Ərdoğandır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.