Dünya

Ermənistanda müxalifətçilər etiraz aksiyalarını davam etdirəcək

25 Aprel 2018 22:44
0 Şərh     Baxış: 2 604
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aprelin 26-da Ermənistanda etiraz aksiyaları davam etdiriləcək.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə bu gün İrəvanda keçirilən mitinqdə "Vətəndaş sazişi" partiyasının lideri Nikol Paşinyan bildirib.

O, ölkə vətəndaşlarını tətilə, tələbələri isə təhsil ocaqlarına getməməyə çağırıb: "Bir addım qalıb - biz bu məsələni bitirəcəyik". N.Paşinyan bildirib ki, sabah etirazçılar tərəfindən ölkə ərazisində yolların, körpülərin blokadaya alınması davam edəcək.

Qeyd edək ki, bu gün Ermənistanda "Daşnaksütyun" partiyası hakim koalisiyadan çıxıb, ölkənin  idman və gənclərlə iş üzrə naziri istefa verib, etirazçılar isə N.Paşinyanı baş nazir seçməyi tələb ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.