Dünya

FİFA-nın baş katibi etik kodeksi pozmaqda ittiham olunur

25 Aprel 2018 15:40
0 Şərh     Baxış: 582
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

FİFA-nın baş katibi Fatma Samura qurumun etik kodeksini pozmaqda şübhəli bilinir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Samura doğruluq və əməkdaşlıqla bağlı qayda pozuntusu, informasiya gizlədilməsində ittiham olunur.

Onun 2026-cı il dünya çempionatına ev sahibliyi etmək istəyən Mərakeşin xeyrinə bəzi məlumatları gizlətdiyi deyilir.

Tam adı Fatma Samba Diuf Samura olan 55 yaşlı xanımın keçmiş seneqallı futbolçu El Haci Diufla qohumluq münasibətləri aşkarlanıb. Diuf hazırda Mərkeşin turnirlə bağlı səfiridir.

Samura kodeksi pozmasını inkar edir və həmkarlarının böhtan atdığını deyir. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.