Dünya

9 uşaq atası sonsuz olduğunu öyrəndi, həyatı alt-üst oldu

25 Aprel 2018 20:18
10 Şərh     Baxış: 13 292
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şimali Afrikanın müsəlman ölkəsi Mərakeşin yerli mətbuatının gündəmini anadangəlmə sonsuz olan, lakin indiyə qədər 9 övladı olduğunu zənn edən kişinin düşdüyü rəzil vəziyyət zəbt edib. Belə ki, adının açıqlanmadığı mərakeşli professor "sonsuz" olduğunu öyrəndikdən sonra həyatı alt-üst olub. 35 il əvvəl ailə quran professor periodik uroloji müayinə zamanı həkim ona sağ çanağında kiçik bir kist olduğunu və bu kistin övlad sahibi olmasına imkan vermədiyini söyləyib. 

Milli.Az bizimyol.info-ya istinadən xəbər verir ki, ancaq bu kistin götürülə biləcəyini də sözlərinə əlavə edib.

Lakin çox ciddi bir problem var. Adam 35 ildir evli olmaqla yanaşı, nə az, nə çox düz 9 uşağın atası hesab edilir. Buna görə də eşitdiyi sözlərdən şoka düşüb və bu həqiqəti öyrəndikdən sonra, hətta arvadına heç nə deməmiş boşanmaq üçün məhkəməyə müraciət edib. Vəkili ilə birlikdə onu 35 ildir aldadan həyat yoldaşına qarşı əlindən gələni etməyə girişən 50 yaşlı professor təkcə boşanmaqla kifayətlənmək istəməyib. Həkimin yanıla biləcəyi ehtimalını nəzərdən qaçırmayan professor, məhkəmə qərarı ilə uşaqlarının DNT analizini də həyata keçirib və qəti şəkildə dəhşətli həqiqəti öyrənib. Uşaqlardan heç biri onun uşağı deyil.

Hazırda cütlük boşanmaq ərəfəsindədir. Digər tərəfdən, uşaqların atalarının kimlyi elmi sübutlarla araşdırılır. Qadına uşaqlar atalarının kim olduğu soruşulsa da, uşaqların atalarının kim olduğunu dəqiq bilmədiyini söyləyir. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.