Dünya

Türkiyə XİN-dən Trampa xatırlatma: ermənilər 500 mindən çox türk öldürüb

25 Aprel 2018 10:20
1 Şərh     Baxış: 964
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Prezidenti Donald Trampın 1915-ci il hadisələri ilə bağlı bəyanatı qəbuledilməzdir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.

Bəyanatda Türkiyə XİN Trampa 1915-ci il hadisələri zamanı erməni silahlı dəstələri tərəfindən 500 mindən çox türk-müsəlmanın, həmçinin Osmanlı İmperiyasında yaşayan digər millətlərin nümayəndələrinin vəhşicəsinə qətlə yetirildiyini xatırladıb:

"Türkiyə 1915-ci il hadisələrinin araşdırılması üçün həmişə birgə komissiyanın yaradılması təklifi ilə çıxış edib. Türkiyə hər zaman 1915-ci il arxivlərinin açılmasının tərəfdarı olub".

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp 1915-ci il hadisələrindən danışarkən yenə də "soyqırımı" sözünü işlətməyib. Bununla belə, D.Tramp ötən dəfə olduğu kimi, erməni dilində "böyük faciə" mənasını verən sözdən istifadə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.