Dünya

"Hansı ana belə bir şey edər?" - FOTO

24 Aprel 2018 17:23
1 Şərh     Baxış: 5 460
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyəli model Ceren Hindistanın xəstə olduğunu öyrəndiyi 2.5 yaşlı qızı Aryanın kimyaterapiya müayinəsi olunmasını istəmədiyi iddia edilib.

Milli.Az Hürriyet-ə istinadən xəbər verir ki, yayılan xəbərlərin ardından açıqlama edən Hindistan: "Ana olaraq müalicəsini yarımçıq kəsmək mümkünmü?" deyib.

İddiaya görə, Ceren martın 14-də qızının böyrəyində xərçəng şişi olduğunu öyrənib. Çox sarsılan Ceren Hindistan və uşağının atası Ümit Aslan İstanbulda özəl bir xəstəxanaya baş vurub. Cütlüyə qızlarının müalicə olması barədə xəbərdarlıq edilib. Fəqət, Hindistan azyaşlı qızlarının kimyaterapiya olunmasını istəməyib, müalicəsi tamamlanmadan Aryanı evlərinə aparıb. Xəstəxana rəhbərliyi Aryanın müalicə olmayacağı təqdirdə öləcəyini bildirərək, məhkəməyə müraciət edib.

Çıxan xəbərlərdən sonra Ceren Hindistan: "Allah hər birimizin övladını qorusun, övladla sınamasın. Arya Rima böyrəyindən şikayətləndi və əməliyyat oldu. Böyrəyi çıxarıldı. Ana olaraq müalicəsini yarımçıq kəsməyim mümkünmü? Hansı ana belə bir şey edər. Yatarkən səhərə qədər 50 dəfə saçını oxşadığım, qoxladığım övladıma belə bir pislik edə bilərəmmi?" açıqlamasını edib.

Məhəmməd Vaqif

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.