Dünya

Rusiyalı politoloq: "Ermənistan müxalifətinin fikri qətidir"

24 Aprel 2018 20:00
0 Şərh     Baxış: 1 402
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Ermənistanda vəziyyət təsadüfən kəskinləşmədi. Serj Sarqsyanın baş nazir təyin edilməsi yürüdülən siyasətdən, iqtisadi durğunluqdan yorulan əhalini özündən çıxartdı".

Milli.Az xəbər verir ki, bunu report-a rusiyalı politoloq Nikita Qolobokov deyib.

Onun sözlərinə görə, 2015-ci ildə Yerevanda baş verən "elektromaydan" və 2016-cı ildə "Sasna Tsrer" silahlı qruplaşmasının qiyamı bütün Qarabağ klanı üçün olmasa da, Sarqsyan üçün artıq yenidən hakimiyyətə can atmağın problemli olacağını düşünməyə əsas verirdi.

Ekspert əlavə edib ki, "Qarabağ klanı"nın mövqeləri hələ də çox güclüdür və onlar çətin ki hakimiyyətdən uzaqlaşmaq istəyələr: "Karen Karapetyan (baş nazirinin müavini - red.) da eyni klandandır. Sarqsyanın gedişinin maskarad olub-olmadığı çətin sualdır. Çünki müxalifətin fikri qətidir və onlar belə dəyişikliklə razılaşmayacaqlar".

O həmçinin NATO yönümlü ermənistanlı sülhməramlılarla Rusiya meyilli ordu arasında açıq qarşıdurmanın olacağını da istisna etməyib: "Əsgərlər də insandır, onlar da siyasətlə maraqlanır və təbliğatın təsiri altına düşür. Burada Ermənistandakı ABŞ QHT-lərinin fəaliyyəti və erməni diasporunun təsiri böyük rol oynayır. Digər tərəfdən, ölkədə Rusiyanın "yumşaq güc" mexanizmləri, demək olar ki, heç yoxdur, amma Rusiyanın güclü hərbi bazası var".

N.Qolobokov qeyd edib ki, Krımdakı hadisələr Rusiya üçün MDB ərazisindəki hərbi bazalarını qorumağın nə dərəcədə vacib olduğunu göstərib.

"Digər tərəfdən, Kreml Ermənistan cəmiyyətini hirsləndirmək istəmir, buna görə də indi tərəflərdən heç birinin tərəfini tutmadan gözləməyi və artıq sonra qalib gələnlərlə razılığa gəlməyi üstün tutur", - ekspert hesab edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.