Dünya

ABŞ Nigerdə yeni hərbi baza tikir

24 Aprel 2018 08:33
1 Şərh     Baxış: 611
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Niger hökümətinin sifarişi ilə ölkənin şimalında yeni hərbi baza tikir.

Milli.Az Trend-ə istinadən bildirir ki, hərbi bazada qırıcı təyyarələr və pilotsuz uçuş aparatları yerləşdiriləcək.

Bildirilir ki, "Niger Air Base 201" adlı hərbi baza gələn ilin əvvəlində fəaliyyət göstərməyə başlayacaq. Pilotsuz uçuş aparatları zərbələr endirmə və izləmə üçün vasitələr ilə təchiz olunacaq. Pilotsuz uçuş aparatları Əl-Qaidə və İŞİD terror təşkilatlarına qoşulmuş qruplaşmalara və "Boko Haram" terror qruplaşmasına qarşı istifadə olunacaq.

Hərbi bazanın ümumi tikinti dəyəri 110 milyon dollar təşkil edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.