Dünya

Yerli sakinlər: Kimyəvi silahla bağlı məlumatlar yalan, VİDEOlar saxtadır

23 Aprel 2018 12:56
8 Şərh     Baxış: 2 370
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyanın ZDF televiziya şirkətinin müxbiri Uli Gack kimyəvi silahdan istifadə iddiları ilə bağlı olaraq reportaj hazırlamaq üçün Suriyaya yollanıb.

Milli.Az Sputniknews-a istinadla xəbər verir ki, alman müxbir Dumadan qaçan qaçqınların məskunlaşdığı düşərgədə onlarla söhbət edib. Qaçqınlar bildirib ki, hökümət qüvvələrinin kimyəvi silahdan istifadə etməsi ilə bağlı deyilənlər yalandır, görüntülər isə saxtadır.

Belə ki, onların dediyinə görə, terrorçular hökümət qüvvələrinin bombaladığı ərazilərə qəsdən kimyəvi silah balonları qoyublar. Balonlar partladıqda isə buna görə höküməti günahlandırıblar.

Həmçinin sakinlər bildiriblər ki, müxtəlif zamanlarda kimyəvi qaz əleyhinə keçirilən təlimlər zamanı çəkilən videoları isə "sübut" kimi göstəriblər.

Alman müxbir "Ağ dəbilqəlilər"in görüntülər çəkib yaydığı xəstəxanada da olub. Onun həkimlər ilə söhbətindən məlum olub ki, kimyəvi qazdan zəhərlənmə ilə bağlı xəstəxanaya müraciət olunmayıb.

Qeyd edək ki, aprel ayının 13-də ABŞ, Böyük Britaniya və Fransa ilə birlikdə kimyəvi silahdan istifadə iddiası ilə təkzib olunmasına rəğmən Suriyaya qarşı hərbi əməliyyatlar keçirib.

Bəxtiyar Umarlı
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Yerli sakinlər: Kimyəvi silahla bağlı məlumatlar yalan,VİDEOlar saxtadır

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.