Dünya

Ermənistanda etiraz aksiyasının rəhbərinin harada olduğu məlum deyil

23 Aprel 2018 10:52
0 Şərh     Baxış: 1 023
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanın "Vətəndaş müqaviləsi" partiyasının və "Mənim addımım" təşəbbüsünün lideri, deputat Nikol Paşinyan polis bölməsindən aparılıb. Hazırda onun harada olduğu məlum deyil.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu vəkil Rustam Badasyan "Facebook" səhifəsində yazıb.

O qeyd edib: "Nikol Paşinyan Sevan polis bölməsində deyil. Bölmədən bildiriblər ki, o, gün ərzində burada olub, lakin indi bölmədə deyil. Onun harada olduğu, kim tərəfindən və hara aparıldığı məlum deyil. Düşünürəm ki, 1937-ci ildə insanları daha çox qorumaq olardı".

Xatırladaq ki, ötən gün polis Yerevanda etiraz aksiyasını dağıdıb, N.Paşinyan saxlanılıb. Aksiya iştirakçıları Serj Sarkisyanın baş nazir seçilməsinə etiraz edirdilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.