Dünya

Yerevanda etiraz aksiyaları zamanı 277 nəfər saxlanılıb

22 Aprel 2018 21:59
0 Şərh     Baxış: 872
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Yerevanda davam edən etiraz aksiyaları zamanı Ermənistan polisi 277 nəfəri saxlayıb.

Trend-in verdiyi xəbərə görə, bu barədə "RİA Novosti"yə Ermənistan polisinin rəsmi nümayəndəsi Edqar Canoyan məlumat verib.

"Hal-hazırda polis şöbələrinə 277 nümayişçi gətirilib", - deyə o bildirib.

Bundan əvvəl etiraz aksiyaları zamanı 232 nümayişçinin saxlanıldığı bildirilib.

Xatırladaq ki, aprelin 13-dən Yerevanda müxalif deputat Nikol Paşinyanın rəhbərliyi ilə Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyası keçirilir. Etirazlar zamanı polislə aksiya iştirakçıları arasında qarşıdurmalar yaşanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.