Dünya

İrəvanın mərkəzində keçirilən aksiyada 10 min nəfər iştirak edir

22 Aprel 2018 20:09
0 Şərh     Baxış: 1 433
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hazırda İrəvanın mərkəzindəki Respublika meydanında sabiq prezident Serj Sərkisyanın baş nazir postunu tutmasına etiraz əlaməti olaraq keçirilən aksiyada 10 min nəfər iştirak edir.

Milli.Az APA-ya istinadən bildirir ki, aksiyaya bu gün saxlanılan deputat Nikol Paşinyanın "Vətəndaş Razılaşması" Partiyasının üzvü Alen Simonyan rəhbərlik edir.

S. Sərkisyanın baş nazir postunu tutmasına etiraz əlaməti olaraq keçirilən aksiyalar aprelin 13-dən başlayıb.

Bu arada Ermənistan Səhiyyə Nazirliyi aksiyalar zamanı xəsarət alan və xəstəxanalara yerləşdirilən 9 nəfərin müalicəsinin davam etdiyini açıqlayıb. Onlardan 7 nəfəri bu gün xəstəxanaya yerləşdirilib. Xəsarət alanlardan 6-nın durumu yaxşı olsa da, 3 nəfərin durumu orta-ağır qiymətləndirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.